Vüqar antiqəhrəman oldu, Elvinlə Tural Latviyada debüt etdi

Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Vüqarla Tural start heyətdə meydana çıxıblar. Bayramlı sonadək meydanda olduğu halda, Əsgərov 90+1-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Ötən mövsüm bu komandanın çempion olmasında bombardir kimi böyük xidmətləri olmuş Əsgərov Yüksək Liqadakı ilk matçında da qol vurmaq üçün əla şans əldə edib. Amma o, 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. Onun sevinməsinə rəqib qapıçı imkan verməyib.

Tural da 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Amma o, bundan 3 dəqiqə öncə vurulan yeganə qolun ötürməsini verməklə diqqət mərkəzinə düşüb.

Elvin isə matçın 73-cü dəqiqəsində meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button