“Volfsburq”un futbolçusu “Şalke”də

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi Villiamı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Şalke” onu Bundesliqanın digər təmsilçisi “Volfsburq”dan mövsümün sonuna kimi icarəyə götürüb.

Villiam 2017-ci ildən “Volfsburq”un uğurları üçün çalışır. Braziliyalı futbolçu bu mövsüm sözügedən komandanın heyətində cəmi iki oyuna çıxıb. 25 yaşlı sağ cinah müdafiəçi daha öncə yetirməsi olduğu “İnternasional” komandasının da formasını geyinib.