
“Barselona” Alvares üçün daha bir cəhd edəcək
“Atletiko”nun hücumçusu Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı iddialar gündəmdə qalmaqda davam edir.
“Barselona” rəhbərliyi argentinalı forvardı heyətinə qatmaq niyyətindən geri çəkilməsə də, Madrid təmsilçisi futbolçunu satmağa isti yanaşmır. Buna baxmayaraq, Kataloniya klubu transfer üçün yeni cəhdə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn həftə bu transferlə bağlı yeni hadisələr yaşana bilər. “Barselona” 26 yaşlı hücumçunun keçidi üçün “Atletiko” ilə yenidən danışıqlara başlamağı planlaşdırır.
“Transfermarkt” portalı Alvaresin bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirsə də, Madrid klubu futbolçu üçün daha yüksək məbləğ tələb edir.
Alvares son mövsümlərdə həm klubunda, həm də Argentina millisində göstərdiyi performansla Avropanın ən çox diqqət çəkən hücumçularından birinə çevrilib.
Bizi Facebook-da izləyin



