Voleybol: Yüksək Liqada pley-off oyunlarının vaxtı bilindi

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin başlayacağı tarix məlum olub.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də, kişilərin yarışında isə aprelin 6-da start veriləcək.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Pley-off və yarımfinal oyunları iki matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button