Voleybol: 11-ci turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 11-ci turun təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, 3-cü dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.

İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcək. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün bir görüş keçiriləcək. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button