Voleybol: Əsas mərhələnin sonuncu turunun oyunlarının vaxtları açıqlanıb

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının 12-ci turunda “Abşeron” “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək.

Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutanla üz-üzə gələcək.

Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)
16:00 Abşeron – Murov (CBC sport-canlı)
18:00 Azərreyl – UNEC

Yüksək Liqa (kişilər)
16:00 MOİK – Neftçi
18:00 Xarı bülbül – Murov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button