Agent: “Vinisius “Real”dan ayrılsa, mütləq İngiltərədə çıxış edəcək”

“Real”ın hücumçusu Vinisius Juniorun agenti Frederiko Pena braziliyalının növbəti dayanacağının hansı ölkədə olacağı haqda danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, “sambaçı”nın La Liqa klubunu tərk edəcəyi halda, İngiltərəyə yollanacağını istisna etməyib:

“Heç kim qarşıdakı müddətdə nələrin olacağını bilmir. Futbolda hər şey dəyişir. Təsəvvür belə edə bilmədiyiniz şeylər reallaşır. Vinisius “Real”dan ayrılsa, mütləq İngiltərədə çıxış edəcək.

O nə vaxt klubu tərk edəcək? Hazırda bu barədə sadəcə bir fikir deyə bilərəm: Vinisius çıxış etdiyi klubda qalaraq, tarix yazan futbolçulardan olmaq istəyir. Onun “Real”da 15 il və ya daha çox qalmaq ehtimalı var”.

22 yaşlı futbolçu 2018-ci ilin yayından “kral klubu”nda forma geyinir. Onun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Vinisius cari mövsümdə Madrid klubunun heyətində 53 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button