“Vilyarreal”ın hücumçusu Liqa 1-də

“Vilyarreal”ın hücumçusu Karl Toko Ekambi karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “Lion” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ekambi mövsümün sonuna qədər icarə əsasında “Lion”un formasını geyinəcək.

Liqa 1 təmsilçisi 2020-ci ilin yayında 11,5 milyon avro ödəməklə Ekambinin transfer hüquqlarına sahib ola bilər.

Kamerun milli komandasının üzvü olan Ekambi, bu mövsüm “Vilyarreal”la La Liqada 18 oyunda 6 qol vurub.