Kasorlanın karyerasında ilk

“Vilyarreal” İspaniya La Liqasının 7-ci turunda “Betis”i məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüş “Vilyarreal”ın futbolçusu Santi Kasorla üçün əlamətdar olub.

Belə ki, 34 yaşlı ispan yarımmüdafiəçi bu oyunda da fərqlənərək, La Liqada ardıcıl 3 matçdır ki, qol vurur. Bu, Kasorlanın futbolçu karyerasında bir ilkdir. Buna qədər o, heç vaxt ardıcıl 3 oyunda fərqlənə bilməmişdi.

Kasorla bu mövsüm La Liqada iştirak etdiyi 7 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button