Taleyi Valverdedən asılıdır

İspaniyanın “Barselona” klubunun futbolçusu Arturo Vidalın komandadan ayrıla biləcəyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, çilili yarımmüdafiəçinin Kataloniya klubundakı taleyi baş məşqçi Ernesto Valverdedən asılıdır. Hazırda istefası gündəmdə olan Valverde klubdan ayrılsa, Vidal da komandanı tərk etməli olacaq.

Vidalın adı “İnter”lə yanaşı çəkilsə də, Valverde futbolçunun komandada qalmasını istədiyini bildirmişdi.

32 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button