Varan “Mançester Yunayted”dən ayrılır – Rəsmi

Müdafiəçi Rafael Varan cari mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantı var.

Varan 2021-ci ilin avqustundan Mançester klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2024-cü ilin iyun ayının sonunda başa çatır. “Transfermarkt” portalı fransalı oyunçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Varan bu mövsüm 21 oyun keçirib və 1 qol vurub.

MY 36 turdan sonra Premyer Liqanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button