Valverde Messinin ehtiyatda olmasının səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde, İspaniya kubokunda “Real”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Valverde, Lionel Messini start heyətdə meydana buraxmamasının səbəbini deyib:

“Messinin vəziyyəti yaxşı idi, ancaq risk etmək istəmədim. O, zədəsini sağaldıb, lakin ikinci hissə meydana daxil olmasının daha düzgün qərar olduğunu düşündüm.

“Real” təzyiq etməyəndə belə, biz top itirirdik. Buna diqqət etməliyik. Final şanslarımız davam edir. Səfərdə qol vurmaq məcburiyyətindəyik”.  

“Real”la “Barselona” arasındakı cavab matçı fevralın 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button