Vətən müharibəsi qazisinə “Kəpəz”də iş verildi

“Kəpəz”in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev doğma klubunda işləyəcək.

Komanda.az xəbər verir ki, Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri qəhrəman döyüşçü ilə görüşərək onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib.

Əlavə edib ki, yaxınlarda onun AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.

Xatırladaq ki, hələ müharibə dövründə yaralı olan Talıb Rzayevə baş çəkən klub rəhbərliyi səhhətinin imkan verəcəyi halda gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.

Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib. O, “Cəsur döyüşçü” və Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button