Qodin Braziliya klubunda – rəsmi

Uruqvaylı müdafiəçi Dieqo Qodin İtaliyanın “Kalyari” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qodin Braziliyanın “Atletiko Mineyro” klubuna keçib.

Uruqvaylı müdafiəçi “Kalyari”dən əvvəl İtaliyada “İnter”, İspaniyada “Vilyarreal”, “Atletiko”da çıxış edib.