Suaresin “Barselona”dan istəyi nə olub?

Uruqvaylı hücumçu Luis Suares “Barselona”dan “Atletiko”ya keçməzdən əvvəl Kataloniya klubunun rəhbərliyindən müqaviləsinin uzadılmasını istəyib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 33 yaşlı hücumçu “Barselona” rəhbərliyindən sözləşməsinin 4 il artırılmasını istəyib. Lakin La Liqa təmsilçisi bu şərtlə razılaşmayıb və Suares komandadan ayrılıb.

Suares yayda azad agent kimi “Atletiko” ilə müddəti iki illik olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button