“Union”dan yeni transfer – Rəsmi

“Kopenhagen”in hücumçusu Mikkel Kaufmann karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Almaniyanın “Union” (Berlin) klubu ilə müqavilə imzalayıb. 22 yaşlı futbolçu yeni komandasında 9 nömrəli forma geyinəcək.

Danimarkalı 2022/23 mövsümünü 2-ci Bundesliqa təmsilçisi “Karlsruher”də keçirib. Kaufmann adıçəkilən klubun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button