
“Ümid edirəm ki, “Qarabağ”a qarşı yaxşı oyun göstərəcəyik”
“Nyukasl”ın müdafiəçisi Den Bern Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan ingilis futbolçu komandasının sıx qrafikdə oynamasından bəhs edib:
“Biz ardıcıl dörd səfər görüşü keçirdik, onlardan üçündə qalib gəldik. Səfər görüşlərimizin statistikası haqda çox danışırdılar. Fikrimcə, bu vəziyyəti yaxşıya doğru dəyişə bildik. Bu gün “Qarabağ”la oyuna çıxacağıq. Ardınca yenə evdə “Everton”la qarşılaşırıq. Yaxşı ki, ardıcıl iki ev oyunumuz var. Ümid edirəm ki, hər iki matçda yaxşı oyun göstərəcəyik”.
İlk oyun 6:1 hesabı ilə “Nyukasl”ın xeyrinə başa çatmışdı. Bu gün isə komandalar saat 00:00-da cavab görüşünə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



