Ancelotti qazondan şikayətləndi

“Real”ın baş məşqçisi Karlo Ancelotti İspaniya La Liqasının 30-cu turunun “Selta” ilə matçından sonra (2:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “kral klubu”nun azarkeşlərindən söz açıb:

“Məncə, mövcud atmosfer bizə çox kömək edir. Əlimizdən gələnin ən yaxşısını, hətta daha çoxunu etmək üçün bizə şərait yaradır. Ona görə də, düşünürəm ki, bütün futbolçularım bizə hər zaman sonsuz sevgi bəxş edən azarkeşlərə minnətdar olmalıdır”.

İtaliyalı mütəxəssis “Santyaqo Bernabeu”da olan qazon problemini diqqətə çatdırıb:

“Bu gün keçirilən matçda qazon problemi var idi. Onun üzərində işlər aparılırdı. Ümid edirəm bu problem tezliklə həll olunar. Davam edən işlərin otun keyfiyyətinə təsir etdiyi aydındır, təəccüblü deyil. Dözməliyik”.

Paytaxt təmsilçisi hazırda İspaniya La Liqasının turnir cədvəlində 65 xalla 2-ci, “Selta” isə 36 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button