“Ümid edirəm ki, bu qolun ardı gələcək” – Abbasov

“Səbail”in hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan kuboku və Premyer Liqanın növbəti turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

– Əvvəlcə Azərbaycan kubokunun 1/8 final mərhələsində MOİK üzərində ilə bağlı fikirlərini bilmək istərdik…
– Kubokun ilk oyunu hər zaman həyəcanlı olur. Çünki bir qarşılaşmadan ibarərtdir. Rəqibin Premyer Liqa və ya birinci divizion təmsilçisi olmasının fərqi olmur. Şanslar bərabər olur. Buna görə də maksimum gücünü meydanda göstərməlisən. MOİK-lə oyun bizim üçün yaxşı keçdi. Komandamız layiqli qələbə qazanaraq mərhələ adladı.

– MOİK-lə görüşdə qələbənin pay sahiblərindən biri də sən idin. Komandanın 3 qolu məhz sənin ayağından gəldi. Bu, həm də sənin “Səbail”ə qayıtdıqdan sonra vurduğun ilk qol oldu. Bu qol haqqında nə deyə bilərsən?
– Qol vurduğuma görə çox şadam. Lakin mənim üçün bundan da sevindirici məqam komandamızın qələbəsində pay sahibi olmağımdır. Ümid edirəm ki, bu qolun ardı gələcək və qollarımı sıralayıb komandama qələbələr qazandıracağam. Bunun üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəyəm.

– Növbəti mərhələdə rəqib “Sabah”dır. Masazır təmsilçisinə qarşı iki oyun keçiriləcək. Rəqibi necə dəyərləndirirsən?
– 1/4 finalda bizi daha çətin rəqib gözləyir. “Sabah” bu mövsüm uğurlu çıxışı ilə seçilən komandadır. Amma bu, bizi qətiyyən qorxutmur. Əksinə, belə bir rəqiblə qarşılaşmağımızın bizim üçün daha yaxşı olduğunu düşünürəm. Bu tip komandalara qarşı daha fərqli ab-hava ilə oyuna çıxmalı olursan və daha çox məsuliyyət cəlb edir. Səhv etmək kimi şansın yoxdur. Hər birimiz bunun fərqindəyik.

– Qayıdaq Premyer Liqaya. Fasilə başa çatdı və 15-ci turda “Neftçi” ilə qarşılaşacaqsız. Komandadakı ab-hava necədir?
– MOİK üzərində qələbə komandamıza yaxşı təsir edib. Bu motivasiya ilə “Neftçi” ilə matça hazırlaşırıq. Ağır oyun olacaq. Bir o qədər də maraqlı olacağına şübhəm yoxdur. Hər iki komandada itkilər çoxdur. Ancaq hər iki komanda meydana qələbə üçün çıxacaq. Qələbə qazanmaq istəyirik. Buna ehtiyacımız var. Mən və komanda yoldaşlarım bunun üçün əlimizdən gələndən də artığını etməyə hazırıq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button