Milli komandanın həkimi vəfat etdi

Ukrayna milli komandasının və “Metallist-1925” klubunun həkimi Anton Xudaev vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Bir müddət əvvəl koronavirusa yoluxan Xadevin ürəyi dayanıb. Virus həkimin ağciyərinin 70 faizini sıradan çıxarmışdı və o, süni tənəffüs aparatına qoşulmuşdu.

Anton Xudaev 20 ildən çox idi ki, “Metallist-1925”-də çalışırdı. O, 2016-cı ildən Ukrayna milli komandasının həkimi idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button