AÇ-2020: “Oyunu daha tez də uduza bilərdik” – Şevçenko

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis, 2:3 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“İki komandanın da çoxlu şansının olduğu bir oyun idi. Komandama göstərdikləri performansa görə təşəkkür edirəm. Xüsusilə, 0:2-dən sonra yaxşı oynadıq. Oyunu daha tez də uduza bilərdik.

Hücum etmək üçün lazım olan enerjini tapdıq, taktikamızı dəyişdik və oyunu bərabərləşdirdik. Komandamız yaxşı mübarizə apardı”.