Çempionşip klubu Runini istəyir

“Birmingem” klubu baş məşqçi postu üçün İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runinin namizədliyini nəzərdən keçirir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Birmingem” cari mövsümdə Çempionşipdə heç bir matçda uduzmayıb. Lakin klubun yeni sahibləri daha məşhur baş məşqçi ilə yollarına davam etmək istəyirlər.

Komanda 5 turdan sonra 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Runi ötən yaydan MLS-də “DC Yunayted”ə rəhbərlik edir. 37 yaşlı ingilis mütəxəssis daha əvvəl “Derbi Kaunti”ni çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button