UEFA prezidentindən dünya çempionatının iki ildən bir keçirilməsi fikrinə münasibət

UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner, irəli sürülən layihəni dəstəkləməyib:

“Belə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, bu layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm”.

FİFA dünya çempionatlarının keçirilmə müddətiylə bağlı qərarı ilin sonunda verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button