UEFA-dan “Qarabağ”la bağlı paylaşım

UEFA Konfrans Liqasının rəsmi “tvitter” hesabı “Qarabağ”la bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, paylaşımda “köhlən atlar”ın futbolçuları – İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borqesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin seyvi yer alıb.

UEFA-nın paylaşımında “Qrup mərhələsində “Qarabağ”ın ən yaxşı oyunçusu kim olub?” sualı da ünvanlanıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq.