Konfrans Liqası: “Qarabağ”a vurulan qol ən yaxşı adına namizədlər arasında

UEFA Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Kiprin “Omoniya” klubunun futbolçusu Jordi Qomesin “Qarabağ”a Bakıda vurduğu qol da namizədlər arasında yer alıb. 36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb.

Ən yaxşı qol adına digər namizədlər Tomi Horvat (“Mura”, Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Yeqrovadır (“Bazel”, İsveçrə).

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.