UEFA Gənclər Liqasının qalibi bəlli oldu

UEFA Gənclər Liqasında 2021/22 mövsümünün qalibi bəlli olub.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən finalda oyununda Asvtriyanın “Zalsburq” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəlib.

Rəqibini 6:0 hesabı ilə darmadağın edən “Benfika” bu turnirin qalibi olub. Portuqaliya təmsilçisi daha öncə 3 dəfə bu turnirin finalına yüksəlsə də, baş mükafatı qazana bilməmişdi.

Xatırladaq ki, “Benfika” 2017-ci ildə də Gənclər Liqasının finalında məhz “Zalsburq”la qarşılaşmış və 1:2 hesabı ilə uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button