UEFA Gənclər Liqası: “Qəbələ”nin rəqibləri məlum oldu

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının 1-ci mərhələsindəki rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” ilk mərhələdə Xorvatiya “Hayduk”u ilə üz-üzə gələcək. Komanda ilk matçını səfərdə keçirəcək.

“Qırmızı-qaralar” 1-ci mərhələdə “Hayduk”u mübarizədən kənarlaşdırsa, “Astana” (Qazaxıstan) – “Apolonia” (Albaniya) cütünün qalibi ilə görüşəcək və ilk qarşılaşmasını səfərdə keçirəcək.

1-ci mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, 2-ci mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button