UEFA Çempionlar Liqasının yeni formatını izah etdi – FOTO

UEFA gələn mövsümdən Çempionlar Liqasının yeni formatını izah etmək üçün şəkillər təqdim edib.

Komanda.az xəbər verir ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdüsə, indi Çempionlar Liqasında 36 komandanın hamısının vahid turnir cədvəlində yer aldığı İsveçrə sistemi adlanan sistemdən istifadə olunacaq.

Yeni formata görə, qrup mərhələsində səkkiz tur (altı idi) olacaq, komandalar dörd oyununu evdə, daha dörd oyunu səfərdə keçirəcək.

Ən yaxşı səkkiz yeri tutan komanda avtomatik olaraq pley-offa vəsiqə qazanacaq. 9-24-cü yerləri tutan klublar iki oyunluq qarşıdurmada öz aralarında yarışacaq və turnirin növbəti mərhələsinə daha səkkiz vəsiqə uğrunda mübarizə aparacaqlar. 25-36-cı yerləri tutan komandalar Avropanın digər yarışlarında çıxışlarını başa vuracaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button