1,7 milyard avroluq final

Sabah UEFA Çempionlar Liqasının final matçında Madriddə qarşılaşacaq “Liverpul” və “Tottenhem” komandalarının ümumi dəyəri müəyyənləşib.

Komanda.az “transfermarkt”a istinadən xəbər verir ki, “Liverpul”un hazırkı komanda dəyəri 950,5 milyon avrodur. London təmsilçisində isə bu göstərici 835,5 milyon avrodur.

“Liverpul”un ən bahalı futbolçusu 150 milyon avroyla Məhəmməd Salah, “Tottenhem”in ən bahalı futbolçusu isə 150 milyon avroyla Harri Keyndir.

İyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button