Azərbaycan təmsilçisinin kapitanı Çempionlar Liqasının oyunlarını buraxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.

Komanda.az xəbər verir ki, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək.

Buna səbəb onun zədəli olmasıdır. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək.

Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

“Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov;

Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

“Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfər çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.

B yolunda yer alan Azərbaycan təmsilçisi “Uraqan İvano – Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button