
Azərbaycan təmsilçisinin daha bir üzvü sıradan çıxdı – ÇL-də oynamayacaq
UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, Yüksək Liqanın 4-cü turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğuna görə, futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.
Daha bir futzalçı Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.
“Araz-Naxçıvan” səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin