Avropa Liqası: Həftənin ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bunlar “Vulverhempton”un qapıçısı Ruy Patrisio, “Sevilya”nın müdafiəçisi Serxio Regilon, “Kopenhagen”in hücumçusu Yonas Vinn və “Şaxtyor”un forvardı Junior Moraesdir.

Avroliqada həftənin ən yaxşı oyunçusu qurumun saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.