“Üç kubok qazandığım üçün çox qürur duyuram” – “Sabah”dan ayrılan futbolçu

Nigeriyalı futbolçu Cessi Sekidika “Sabah”la vidalaşıb.

Komanda.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah”la yollarımızı ayırarkən, böyük minnətdarlıq və qürur hissi keçirirəm. Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim. Bu gün isə minnətdarlıq dolu bir ürək və əbədi olaraq mənimlə qalacaq xatirələrlə ayrılıram. Birlikdə inanılmaz anlar yaşadıq, çətinliklərin öhdəsindən gəldik və bu klubun tarixinin bir hissəsi olacaq nailiyyətləri qeyd etdik. Üç kubok qazandığım üçün çox qürur duyuram, amma ən əsası, yolboyu bizimlə olan insanları və münasibətləri qiymətləndirəcəm.

Komanda yoldaşlarıma, məşqçilərimə, işçi heyətinə, rəhbərliyə və bu səyahəti xüsusi etmək üçün pərdəarxası əməyi keçən hər kəsə təşəkkür edirəm. İlk gündən sevgi və dəstəyə görə azarkeşlərə minnətdaram. Bu klubun tarixinin bir hissəsi olduğum üçün qürur duyuram və karyeramın bu dönəminin mənə verdiyi hər şeyə görə minnətdaram.

Kluba davamlı uğurlar və gələcək üçün ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button