İngiltərə millisinin yeni baş məşqçisi o olacaq – Tuxel göndərilsə

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatından sonra vəzifəsindən ayrıla bilər.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası DÇ-2026 başa çatdıqdan sonra alman mütəxəssisin gələcəyini müzakirə edəcək.

Bildirilir ki, bəzi futbolçular Tuxelin oyun fəlsəfəsindən narazıdır. Onların fikrincə, baş məşqçi komandanı qələbəyə deyil, məğlub olmamağa kökləyir.

Məlumata əsasən, Tuxelin əsas varisi kimi “Nyukasl”ın baş məşqçisi Eddi Hou göstərilir. İngiltərə millisinə rəhbərlik etmək imkanı yaranacağı təqdirdə, onun “sağsağanlar”la yollarını ayırmağa hazır olduğu vurğulanır.

İngiltərə millisi DÇ-2026-nın yarımfinalında Argentina yığmasına 1:2 hesabı ilə uduzub. İngilislər matçın son dəqiqələrində buraxdıqları iki qolla finala yüksəlmək şansını əldən veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button