Sane istirahət edəcək

“Bayern”in vingeri Leroy Sane Almaniya çempionatında “Ştutqart”la keçiriləcək oyunda iştirak etməyəcək.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel almaniyalı futbolçunu Çempionlar Liqasının yarımfinalında “Real” cavab oyununa saxlamaq qərarına gəlib.

Sane “Real”la ilk oyunda bir qol vuraraq, komandasının 2:2 hesablı heç-heçəyə nail olmasında kömək etmişdi. Cavab matçı mayın 8-də İspaniyada keçiriləcək.

Sane bu mövsüm Bundesliqada 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button