Tuxel Premyer Liqadan təklif gözləyir

“Bayern”in sabiq baş məşqçisi Tomas Tuxel yeni mövsüm başlamazdan dərhal əvvəl işə qayıtmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis yeni komandada kifayət qədər tez işə başlamaq istəyir. Amma bunun üçün onun uyğun təklif alması lazımdır. Gözlənilir ki, “Mançester Yunayted” Erik ten Haqı istefaya göndərmək qərarına gəlsə, Tuxel “qırmızı şeytanlar”ın namizədlər siyahısında olacaq.

Tuxelin əsas istəyi əvvəllər Çempionlar Liqasının qalibi olduğu “Çelsi”yə qayıtmaqdır.

Tuxel ötən mövsüm “Bayern”lə bir dənə də olsun kubok qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button