“Milan”da türklərin sayı arta bilər

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Taylan Antalyalı karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Milan” klubu maraqlanır. Bu barədə italyan jurnalist Canluka Di Marzio “tvitter” hesabında paylaşım edib.

“Milan” icarə əsasında komandada çıxış edən Sualiho Meytenin transfer hüquqlarını ala bilməsə, “Qalatasaray”lı Taylana təklif göndərəcək.

Bu mövsüm “Qalatasaray”da 28 oyuna çıxan yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 3 milyon avrodur.

“Milan”da Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button