“İnter”lə “Roma”nın hədəfindəki “Qalatasaray”lı

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Markao karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə “Roma” və “İnter” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “İnter”in baş məşqçisi Simone İnzaqinin Markaonu çox bəyəndiyi və onu komandasında görmək istədiyi bildirilib.

“Roma” və “İnter” futbolçunu yaxından izləmək üçün skautlarını İstanbula göndərəcək.

Markao bu mövsüm “Qalatasaray”la 12 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button