“Fənərbaxça” legioneri ilə yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Xose Sosa ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi argentinalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verib. Bu barədə “TRT Spor” məlumat yayıb.

Sosa ötən ilin avqustunda “Fənərbaxça”ya keçmişdi. Argentinalı futbolçu bu mövsüm Super Liqada 13 oyunda 3 qol vurub.

“Estudiantes”in yetirməsi olan, Argentina yığmasında da oynamış Sosa, “Bavariya”, “Napoli”, “Metallist” (Xarkov), “Atletiko” (Madrid), “Beşiktaş”, “Trabzonspor” və “Milan”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button