“Beşiktaş”la ÇL matçına çıxan futbolçu Azərbaycanın əsas millisinə çağırıla bilər

Türkiyənin “Beşiktaş” klubunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Bərkay Vardar əsas yığmaya dəvət ala bilər.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bərkay Vardar “Beşiktaş”ın heyətində Niderlandda “Ayaks”a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.

Bərkay daha əvvəl Azərbaycanın U-17 və U-19 millilərində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button