“Beşiktaş” “Bavariya”nın sabiq hücumçusu ilə maraqlanır

Türkiyənin “Beşiktaş” klubu xorvatiyalı hücumçu Mario Mancukiçlə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “qara qartallar”ın baş məşqçisi Sərgən Yalçın yerli mətbuata açıqlamasında deyib. Yalçın, Mancukiçlə maraqlandıqlarını və şərtlər uyğun olarsa, hücumçunu heyətlərinə qatmaq istədiklərini bildirib.

Xorvatiyada “Dinamo” (Zaqreb), Almaniyada “Volfsburq”, “Bavariya”, İtaliyada “Yuventus”, İspaniyada isə “Atletiko”nun formasını geyinən Mancukiç son olaraq Qətərin “Əl Duhail” klubunun şərəfini qoruyub. 34 yaşlı hücumçu hazırda azad agentdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button