Robinyo Braziliyaya qayıdacaq – Yeni klubu bilindi

Türkiyənin “Başakşəhər” klubunda forma geyinən Robinyo vətəninə – Braziliyaya qayıtmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. Xəbərdə, 36 yaşlı hücumçunun yeni mövsümdən “Santos”un formasını geyinəcəyi bildirilib. Robinyo yeni klubunda aylıq 92,05 min avro qazanacaq.

“Santos” klubunun yetirməsi olan Robinyo, karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib. Hücumçu 100 dəfə də Braziliya yığmasının formasını geyinib.

2019-cu ilin yanvarından “Başakşəhər”də çıxış edən Robinyonun müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button