Türkiyə yığmasında koronavirusa yoluxanların sayı 12-yə çatdı

Futbol üzrə Türkiyə yığma komandasında koronavirusa yoluxanların sayı 12-yə çatıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Komanda üzvlərindən sonuncu dəfə götürülmüş testlərdən daha dördünün nəticəsi pozitiv çıxıb. Amma onların adları açıqlanmayıb. COVİD-19 testi pozitiv çıxmış futbolçuların Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alındığı diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl daha 8 futbolçu koronavirusa yoluxduğu üçün millinin heyətindən kənarlaşdırılmışdı. Bunlar İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç idi.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün öncə 28 futbolçuya dəvət göndərmişdi. Lakin zədəli və koronavirusa yoluxanların sayı artdığı üçün o, daha dörd oyunçunu milli komandaya cəlb etmişdi.

Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsind Niderlanda 4:2, Norveçə 3:0 qalib gəlsə də, Latviya ilə ev oyununda xal itirib – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button