“Azərbaycanda oynasam, oranın himnini oxuyaram”

Türkiyə Superliqasının 6-cı turu çərçivəsində keçirilən “Qalatasaray” – “Fənərbaxça” oyunu zamanı “bülbüllər”in futbolçusu Maks Kruzenin Türkiyənin dövlət himnini oxuması müzakirələrə səbəb olub.

Komanda.az xəbər verir ki, “Beyaz TV” telekanalında yayımlanan “Beyaz Futbol” verilişində şərhçilik edən Ahmet Çakar alman hücumçunun bunu şou göstərmək üçün etdiyini deyib. Bundan sonra verilişin canlı yayımına qoşulan türkiyəli aparıcı və “Fənərbaxça” klubunun üzvü olan Acun Ilıcalı Çakarın fikirlərinə etiraz edib:

“Maks Kruze 30 dəfə Almaniya yığmasının formasını geyinmiş futbolçudur, şou göstərməyə ehtiyacı yoxdur. Görünür, Almaniyada bizim vətəndaşları sevib. Hər yerdə irqçilik var, amma biz əcnəbilərlə mehribanıq. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar. Kruze türkcə danışmağa başladı, insanlarımızı sevir. Bu gözəllikdən hoqqabazlıq çıxarsaq, insanlar bizi necə sevəcək? Bu insan sabah Almaniyaya gedəndə Türkiyə haqda danışacaq. Bir almanın gedəndən sonra “məni gözəl qarşıladılar” deməsi yaxşı olmaz?”

“Qalatasaray” – “Fənərbaxça” oyunu qolsuz bərabərliklə nəticələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button