Komanda yoldaşını vuran futbolçunun cəzası açıqlandı

Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində keçirilən “Girəsunspor” – “Qalatasaray” matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan “Qalatasaray”lı Markaonun cəzası açıqlanıb.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası braziliyalı müdafiəçini 8 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao həm də 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.

“Girəsunspor” – “Qalatasaray” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button