“Salahın gedişi “Liverpul”a gəldikdən sonra qarşılaşdığım ilk çətinliklərdən biridir”

“Liverpul”un yeni baş məşqçisi Andoni İraola, Məhəmməd Salahın komandadan ayrılmasından sonra onun yerini doldurmağın çətin olacağını bildirib.

Komanda.az “Stan Sport Football”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu, “Liverpul”a gəldikdən sonra qarşılaşdığım ilk çətinliklərdən biridir. Sadəcə, yeni bir cinah oyunçusu transfer edib onun Salahı əvəz edəcəyini gözləyə bilmərik. Bu, həmin futbolçunu uğursuzluğa məhkum edə bilər. Bizə bu mövqedə oynayan, amma fərqli keyfiyyətlərə malik futbolçu lazımdır. Komandaya başqa cür fayda verəcək bir həll yolu üzərində işləyirik”.

Məhəmməd Salah bu yay “Liverpul”dan ayrılıb. Andoni İraola isə iyunun əvvəlində komandanın baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button