Türkiyə Super Liqasında yeni rekord

Futbol üzrə Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunu “Başakşəhər”in baş məşqçisi Əmrə Bəlözoğlu üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, o, bu oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində Super Liqanın tarixinə düşüb.

Bu, sözügedən komandanın cari mövsümdəki 10-cu qələbəsidir. Üstəlik, İstanbul təmsilçisi ardıcıl 10 oyundur məğlubiyyət tanımır. Oktyabrın 15-də “Beşiktaş”a qarşı keçirilən oyunla “Başakşəhər”də debüt edən Bəlözoğlu, 10 oyunda 8-ci qələbəsinə sevinib. Daha iki oyun isə heç-heçə bitib.

Bununla da Əmrə Super Liqa tarixində 15 qələbəni ən tez qazanmış mütəxəssisə çevrilib. O, ötən mövsümün sonunda rəhbərlik etdiyi “Fənərbaxça”da da 10 oyunda 7 qələbə sevinci yaşamışdı (digər oyunlardan ikisində heç-heçə, birincə məğlubiyyət qeydə alınmışdı). 41 yaşlı mütəxəssis Coşkun Özarıya məxsus rekordu qırmış olub. Özarı 15 qələbəni 21 oyunda qazanmışdı.

“Başakşəhər” Super Liqanın 19-cu turunda cari mövsümün digər uğurlu komandası “Trabzonspor”un qonağı olacaq. İstanbul təmsilçisi hazırda 32 xalla 3-cü, Trabzon klubu isə 45 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button