Türkiyə klubunda itki: Millinin üzvü vəfat etdi

Türkiyənin “Alanyaspor” klubunda ağır itki baş verib.

Komanda.az xəbər verir ki, Super Liqanın 30-cu turunun “Kayserispor”la səfər matçından qayıdan “Alanyaspor”un 7 legioneri mikroavtobusla stadiondan ayrılıb. Sürücünün diqqətsizliyi ucbatından yolda avtobusun aşması nəticəsində yaralanan futbolçular təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə nəticəsində ağır yaralanan “Alanyaspor”un hücumçusu Jozef Sural vəfat edib. Digər futbolçular isə yüngül xəsarət alıb.

Çexiya millisinin də formasını geyinən Sural, 2019-cu ilin yanvarında “Alanyaspor”a transfer edilmişdi.

“Kayserispor” – “Alanyaspor” matçı qollu bərabərliklə bitib – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button