ABŞ nazirindən İran millisi haqda qalmaqallı açıqlama

ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin İran millisinin DÇ-2026-dakı uğursuz çıxışı ilə bağlı açıqlama verib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, İran komandasının turniri erkən tərk etməsindən məmnun olduğunu bildirib:

“İranlıların dünya çempionatından kənarda qalmasına və geri qayıtmayacaqlarına sevinirəm. Vizalarını ləğv edib ABŞ ərazisini tərk edə biləcəklərini dediyimiz vaxt çox xoşbəxt idim. Hətta sevincimdən bir neçə mahnı oxumuş və ya rəqs etmiş ola bilərəm”.

Mallin, öz ölkəsinə qayıtmasına çox sevindiyi və turnir ərzində ən çox məşğul olduqları komandanın məhz İran olduğunu vurğulayıb.

İran millisi DÇ-2026-nın G qrupunu 3 oyundan sonra 3 xalla üçüncü pillədə başa vuraraq, pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button