
Niderland millisinin sabiq futbolçusu De Yonqu tənqid etdi
Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart DÇ-2026-nın 1/16 finalında Mərakeş yığmasına qarşı keçirilən oyunda yarımmüdafiəçi Frenki de Yonqun çıxışını sərt tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, De Yonqun gözləntiləri doğrultmadığını bildirib:
“Bu, De Yonqun indiyədək izlədiyim ən pis oyunu idi və məyusedicidir. Komanda topa sahib olanda o, özünü yaxşı göstərir. Amma son matçda topa çox az nəzarət edirdik. Buna görə də De Yonq meydanda demək olar ki, görünmürdü”.
Niderland – Mərakeş qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Ronald Kumanın yetirmələri penaltilər seriyasında üç zərbəni qola çevirə bilməyərək, 2:3 hesabı ilə məğlub olub və mundialla vidalaşıblar.
Bizi Facebook-da izləyin



